BMT qətnaməsinə baxmayaraq Xəlifə Haftar Liviyada döyüşü davam etdirəcəyini bildirib

Oxundu: 93
BMT qətnaməsinə baxmayaraq Xəlifə Haftar Liviyada döyüşü davam etdirəcəyini bildirib

Qətnaməyə əsasən, atəşkəsin bərpası tələb, bu ölkəyə silahın idxalı və qaçaqmalçılığı qadağan edilib, eləcə də bu addımları atanların cəzalandırılması nəzərdə tutulub...

Liviyanın əksər bölgələrini nəzarətdə saxlayan "Milli Ordu"nun komandanı general Xəlifə Haftar mərkəzi Tripolidə olan hökumətə və onun dəstəklədiyi qüvvələrə qarşı döyüşləri davam etdirəcəyini bildirib.

 

Əl-Ərəbiyyə telekanalı xəbər verir ki, bu barədə Xəlifə Haftar ötən günkü çıxışında deyib.


Xəlifə Haftar yerli telekanallarla yayımlanan bu çıxışda bildirib ki, "Tripolini nəzarətə götürməyənə qədər dayanmaq yoxdur. Biz Tripoliyə çatmışıq və onu nəzarətə götürməyə az qalıb."


Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 3 gün öncə keçirdiyi toplantı çərçivəsində Liviyada atəşkəsin bərpası haqda qətnamə qəbul edib.


Qətnaməyə əsasən, atəşkəsin bərpası tələb, bu ölkəyə silahın idxalı və qaçaqmalçılığı qadağan edilib, eləcə də bu addımları atanların cəzalandırılması nəzərdə tutulub.
Xatırladaq ki, ötən ilin aprelindən başlayaraq Liviyanın əksər bölgələrini nəzarətdə saxlayan general Xəlifə Haftarın başçılıq etdiyi "Milli Ordu" ilə paytaxt və ətraf bölgələri nəzarətdə saxlayan "Milli Razılıq Hökuməti" qüvvələri arasında döyüşlər baş qaldırmışdı./SalamNews/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system