NAMAZ VAXTLARI:
  • FƏCR 04:58
  • GÜN 06:20
  • ZÖHR 12:36
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

BMT Qarabağdakı terrorçu rejimin “demokratik dövlət qurması” haqda icmal yaydı?..

Oxundu: 359
BMT Qarabağdakı terrorçu rejimin “demokratik dövlət qurması” haqda icmal yaydı?..

Birləşmiş Millətlər Təşkilatı rəsmi sənəd olaraq(?) Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı rejimin BMT-nin 2030-cu il üçün Dayanıqlı İnkişaf Gündəliyində təsbit edilmiş “davamlı inkişaf məqsədləri”nin həyata keçirilməsinə dair könüllü milli icmalını dərc edib.

İslaminSesi xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, bu barədə qondarma rejimin “xarici işlər”inə baxan qanunsuz qurum informasiya məlumat yayıb. Bu dəqiqə Azərbaycanın Bəyanat Nazirliyi “ermənilərin bu növbəti təxribatına” tutarlı(!) cavab verəcək...


Sənəddə “Artsax” hakimiyyətinin “demokratik bir dövlət qurması və Artsax xalqının öz müqəddəratını təyinetmə hüququna əsaslanan iqtisadi, sosial və mədəni inkişafı təmin etmək məqsədi ilə həyata keçirdiyi siyasət” hərtərəfli təhlil olunur.


“Azərbaycandan gələn ciddi təhlükələrə, habelə Artsax Respublikası əhalisinin fiziki varlığına təhdidlərə baxmayaraq, davamlı inkişaf sahəsində konkret məqsədlərin həyata keçirilməsindəki irəliləyişlər barədə məlumat verilir”.
/Moderator.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system