BMT nümayəndəsi Haftar qüvvələrinin arxasında duran güclərin adını çəkdi

Oxundu: 110
BMT nümayəndəsi Haftar qüvvələrinin arxasında duran güclərin adını çəkdi

BMT-nin yüksək vəzifəli bir nümayəndəsi Haftar qüvvələrinin arxasında duran güclərin adını çəkib.

 

İslaminSesi “Anadolu”-ya istinadən xəbər verir ki, BMT-nin yüksək vəzifəli bir nümayəndəsi Marşal Haftarın arxasında duran güclərin Misir, BƏƏ, İordaniya və Rusiya olduğunu bildirib.

 

Mənbənin məlumatına görə bu iddia ilə BMT baş katibinin Liviya üzrə xüsusi nümayəndəsinin müavini Yaqub Al-Helou Nyu Yorkdakı mənzil qərargahında jurnalistlərlə keçirdiyi mətbuat konfransında çıxış edib.

 

Yaqub Al-Helou-nun bildirdiyinə görə Haftarın etdiyi dron hücumlarının ardında bu Misir, BƏƏ, İordaniya, Rusiya və digər dövlətlər durur və Haftarı bunlar silahlandırır.

 

Hümayəndənin bildirdiyinə görə hətta Haftar sıralarında Rusiya dövlətinə tabe olmayan qüvvələr (Vaqner qrupu) belə döyüşür.

 

BMT nümayəndəsi həmçinin Liviyada qaçqın düşmüş insanların sayından, məktəblərin dağıdılmasından, o cümlədən 150 mindən çox şagirdin təhsil xidmətlərindən məhrum olmasından, 650 mindən çox liviyalı qaçqının səhralara dağılmasından danışıb.

 

Xatırladaq ki, NATO qüvvələri 2011-ci ildə Liviyanı BMT-nin qəbul etdiyi qərar əsasında viran edib:

-Belə ki,  2011-ci il martın 18-də BMT təşkilatı 1973 saylı qətnamə qəbul edib. Bu sənəd “Liviyanın dinc əhalisini qorumaq üçün bombalanmasını” (!) nəzərdə tuturdu. Martın 19-da saat 16:45-də NATO təyyarələri Liviyaya ilk avia zərbələr endirmişdir. O zaman Vladimir Putin, Fidel Kastro, Seyyid Əli Xameneyi, Uqo Çaves, Evo Morales, Ceykob Zuma, Robert Muqabe, Daniel Orteqa və Yoveri Kaquta Musaveni kimi tanınmış dövlət başçıları NATO-nun bu vəhşiliyini kəskin pislədilər. Seyyid Əli Xameneyi, Qərbin əsl məqsədlərini ifşa edərək, belə demişdir:

“Amerika və Qərb Liviya xalqını müdafiə etmək niyyətində deyil. Onlar yalnız Liviya nefti barədə düşünürlər”- (wikipedia- Muəmmər Qəddafi)

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system