BMT İsrailin 100-dən çox şirkətini “qara siyahı”ya saldı... - GÖZLƏNİLMƏZ

Oxundu: 75
BMT İsrailin 100-dən çox şirkətini “qara siyahı”ya saldı... - GÖZLƏNİLMƏZ

“Bu, Fələstin diplomatiyasının qələbəsidir...”

İsrail prezidenti Reuven Rivlin, bu ölkənin işğalı altında qalan İordan çayının Qərb sahilindəki qanunsuz yəhudi yaşayış məntəqələri ilə əməkdaşlıq edən 100-dən çox şirkətin “qara siyahı”ya alınmasına dair BMT qərarından qəzəblənib.

 

Xarici İslam saytları xəbər verir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsindən bildirildiyinə görə, “qara siyahı”ya cəmi 112 müəssisə daxil olub. Onların, demək olar ki, hamısı İsraildə qeydiyyatdadır.


İsrail prezidentinin sözlərinə görə, söhbət banklar və pərakəndə satış şəbəkələri də daxil olmaqla ən böyük İsrail şirkətlərindən gedir. O, İsrailin BMT qərarına rəğmən həmin şirkətlərə dəstək verəcəyini bildirib. Rivlin İsrailin dostlarının ölkə müəssisələrinə qarşı edilən hər hansı bir boykotu rədd etməyə çağırıb.
İsrail mediasının verdiyi məlumata görə, hökumət mənsubları da BMT-nin bəhs edilən qərarına sərt reaksiya veriblər.


"Bu, Netanyahu hökumətinə və Tramp administrasiyasına ciddi zərbədir. Digər tərəfdən bu, Fələstin diplomatiyası və İsrailin nizamlama siyasətinə qarşı çıxanların hamısı üçün böyük bir qələbədir" -deyə yəhudi məmurlar təşvişlə bildirib./Moderator.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system