HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 43
BMT baş katibi İran nüvə proqramı sazişinin ikici il dönümü ilə bağlı bəyanat verib

BMT baş katibi İran nüvə proqramı sazişinin ikici il dönümü ilə bağlı bəyanat verib

İslaminSesi-nin TASS-a istinadla verdiyi məlumata görə, BMT-nin baş katibi Antoniu Quterriş İranın nüvə proqramı üzrə "5+1" ölkələri (Rusiya, Böyük Britaniya, Çin, ABŞ, Fransa və Almaniya) ilə İran arasında edilmiş sövdələşmənin yerinə yetirilməsindən məmnun olduğunu bildirib və sazişin iştirakçılarını bütün tərəflərə sərfəli olması üçün vicdanla işləməyi davam etdirməyə çağırıb.

Image result for UN Quterris


 
Quterriş bu barədə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) qəbul edilməsinin ikinci ildönümünə həsr olunmuş yazılı bəyanatında qeyd edib. BMT-nin baş katibi bu sazişi  "Nüvə silahının yayılmaması sahəsində mühüm nailiyyət" adlandırıb.

"O, hamımıza bu sahədə hətta ən mürəkkəb məsələlərin də əməkdaşlıq, anlaşma və dialoq vasitəsilə həll edilməsinin mümkünlüyünə ümid verir. Mən əminəm ki, BHFP iranın nüvə proqramının yalnız sülh xarakterini və iran xalqının böyük istəklərini həyata keçirməyi təmin etməyin ən yaxşı üsuludur", - baş katib qeyd edib.

 

Antoniu Quterriş Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) məruzələrində də təsdiqləndiyi kimi İranı nüvə proqramı ilə bağlı öhdəliklərini yerinə yetirilməsi ilə bağlı tərifləyib, həmçinin "5+1" ölkələrinin planın tam və səmərəli şəkildə həyata keçirilməsinə" sadiqliyini alqışlayıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system