Bloqqer Mehman Hüseynov bələdiyyə sədri olmaq istəyir: Namizədliyini verdi

Oxundu: 152
Bloqqer Mehman Hüseynov bələdiyyə sədri olmaq istəyir: Namizədliyini verdi

Bloqqer Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

 

İslaminSesi.info-nun reporta istinadən verdiyi məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

 

O, Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürüb və noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb. 

 

M.Hüseynov sabahdan imzatoplama kampaniyasına başlayacağını da açıqlayıb.

 

31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından "Report"a faktı təsdiqləyiblər. 

 

Qeyd edək ki, 2019-cu il dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system