“Bizdə sünni-şiə qardaşlığı var və bu düşmənə mane olur”
Oxundu: 664
10:54, 13.02.2018
“Hamı baxıb görsün ki İran İslam Respublikasında şiə və sünni qardaşlığı var. Onlar ən çətin anlarda meydanlarda bir-birinin yanındadırlar. Biz bununla bütün dünyaya müsəlman qardaşlarımıza təlim keçirik ki, gəlin əməkdaşlıq edək... Sünni və şiələr Sistan-Bəluçistan, Kürdüstan, Qolestan və sair yerlərdə bir birinin yanında yaşayırlar. Düşmən də buralardan müdaxilə etmək istəyir, lakin bunu bacarmır”
İslaminSesi.info FarsNews-a istinadla xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei ölkənin Sistan-Bəluçistan əyalətinin “Şəhidlərin milli konqresi” üzvlərini qəbul edərkən deyib.
Sistan-Bəluçistanın sünni əhalisinin öz vətənləri üçün və İslam Respublikası uğrunda verdiyi şəhidləri xatırlayan Ali lideri bildirib ki ölkədə sünni-şiə qardaşlığı var və bu düşmənin nüfuz etməsinə maneədir.
İranda sünni bölgələrinə səfərlərindən söz açan Ayətullah Xamenei bu bölgələrin yerli xalqlarının islam inqilabına və respublikasına sadiq qaldığını bildirib və bəyan edib ki, ölkədə sünnilər həmişə çətin anlarda meydanlarda şiələrlə bir yerdə olublar.
DİGƏR DÜNYA XƏBƏRLƏRİ
BÜTÜN XƏBƏRLƏR-
Türkiyə “S-400”ü “Patriot”a dəyişməkdən imtina etdi 22:24, 16.02.2019
-
Rusiya DİN: Azərbaycanlılar və çeçenlər arasında baş verən insidentlərlə əlaqədar vəziyyət tam nəzarət altındadır 21:54, 16.02.2019
-
Rusiyada universitet binası uçub - Tələbələrin dağıntılar altında qaldığı ehtimal olunur - VİDEO 20:46, 16.02.2019
-
Zahidan terrorçularını Pakistan himayə edir – Məhəmməd Əli Cəfəri 15:01, 16.02.2019
-
Suriya ordusu terrorçulara ağır zərbə endirib 14:14, 16.02.2019
-
İsrail əsgərləri daha 20 fələstinlini yaraladı 12:44, 16.02.2019
-
Çili Venesuelaya 17 ton humanitar yardım göndərəcək 11:54, 16.02.2019
-
İŞİD yaraqlıları İraqda səkkiz dinc sakini qaçırdıb 11:34, 16.02.2019
ŞƏRH YAZIN