NAMAZ VAXTLARI:
  • FƏCR 04:31
  • GÜN 05:59
  • ZÖHR 12:43
  • ŞAM 19:45
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Biz Qarabağın şahidlərini itiririk - Əgər vəziyyət belə davam edərsə...”

Oxundu: 410
“Biz Qarabağın şahidlərini itiririk - Əgər vəziyyət belə davam edərsə...”

İlqar Əli: “Azərbaycan tərəfi qeyd-şərtsiz torpaqlarımızın işğaldan azad olunması üçün hərəkətə keçib səfərbərlik elan etməlidir”

 

“Moskvada Qarabağ probleminin nisbətən yaxın tezlikdə həll olunacağına dair illüziyalar yoxdur. Lakin indiki status-kvonun partlayışlara yol vermədən qorunub saxlanılması taktikası işləyir və bundan sonra da işləyəcək”.

 

Xəbər verildiyi kimi, bu fikirləri İrəvanda keçirilən diskussiyalar zamanı tanınmış rusiyalı politoloq, “Rusiya qlobal siyasətdə” jurnalının redaktoru Fyodr Lukyanov deyib.

 

Lukyanovun fikrincə, Rusiya üçün Qarabağ münaqişəsi zonasında yeni eskalasiya heç bir halda sərfəli deyi və o, istənilən vasitə ilə belə ssenarinin qarşısını almağa çalışacaq.  Politoloqun sözlərinə görə, dondurlmuş münaqişə ona görə yaxşı deyil ki, onun həlli üçün həmişə şans var. Qarabağla bağlı isə periodik olaraq bu şansdan istifadə edilir.

 

Göründüyü kimi, münaqişəyə münasibətdə mövqeyi əslində Lukyanovla eyni olan rəsmi Moskvanın açıq şəkildə demədiklərini rus politoloq, necə deyərlər, qırmızıcasına dilə gətirməkdən çəkinmir. Yəni söhbət Kremlin hazırkı status-kvonu sonsuzadək uzatmaq istəyindən gedir.

 

Bəs bizim üçün qəbuledilməz, zərərli olan belə fikirləri yaradan hansı səbəblərdir? Mövcud durumda Azərbaycan tərəfi hansı addımları atmalıdır?

 

Fikirlərini İslaminSesi-nə bildirən Məcburi Köçkünlərin Sosial Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri İlqar Əli dedi ki, Rusiya Qarabağda münaqişənin yenidən alovlanmaması üçün bütün  imkanlardan istifadə edərək status-kvonu dondurulmuş vəziyyətdə saxlamağa çalışır. Və ermənilər də mövcud durumdan kifayət qədər yararlanıblar. Hətta ətraf rayonlarımızda məskunlaşma prosesini gücləndirmələri fonunda, özlərinin dediyi kimi, ərazilərin danışıqlar yolu ilə qaytarılmasından söhbət belə gedə bilməz: “Azərbaycan hakimiyyətinin bütün bu olanları görməzdən gəlməsi, onun Rusiyanın siyasi təsiri altında olmasından xəbər verir. Aprel döyüşlərində isə biz bunun açıq-aydın şəkildə şahidi olduq”.

 

İ.Əli hesab etdiyini bildirdi ki, əgər vəziyyət belə davam edərsə, bu, torpaqlarımızın itirilməsi ilə nəticələnəcək: “Odur ki, Azərbaycan tərəfi qeyd-şərtsiz torpaqlarımızın işğaldan azad olunması üçün hərəkətə keçib səfərbərlik elan etməlidir. Artıq insanlarımız Qarabağ nisgilli dünyasını dəyişirlər. Biz Qarabağın şahidlərini itiririk. Bizdə yeni Qarabağsız nəsil formalaşdığı halda, orda erməni uşaqları doğulub böyüməkdədir. Bax, bu amillər nəinki ermənilərin, hətta ermənipərəst qüvvələrin xoşagəlməz ifadələrinə səbəb olur”.

 

Müsahibimizin fikrincə, düşdüyümüz mövcud situasiyadan təcili çıxmalıyıq: “Bundan ötrü nə qədər ki, Qarabağın coğrafi ərazilərinə yaxından bələd olan, əli silah tutan oğullarımız var, Azərbaycan dövləti müharibə qərarını verməli, yaşı 45-dən 65-ə kimi olan kişilər əsgərlərimizin yanında olmalıdır”.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system