Biz kürdləri silahlandırmaqda davam edəcəyik – Tramp

Oxundu: 44
Biz kürdləri silahlandırmaqda davam edəcəyik – Tramp

ABŞ prezidenti Donald Tramp kürdlərə dəstək olacağını, onları yalnız buraxmayacağını deyib.

 

İslaminSesi.info xəbər verir ki, Tramp bu barədə çərşənbə axşamı öz Twitter hesabında paylaşım edib.

 

“Suriyanı tərk etmək ərəfəsində ola bilərik, lakin biz heç vaxt kürdləri tərk etməyəcəyik, onlar gözəl xalqdır” deyən Tramp, kürdləri əla döyüçü adlandırıb.

 

Suriyanın sözü gedən sektorunda hələ də 50-yə qədər Amerikan əsgərinin qaldığını deyən Tramp, NATO üzvü olan Türkiyə ilə ABŞ münasibətlərinin əla olduğunu bildirib.

 

“Türkiyənin lazımsız əməliyyatları onun kövrək iqtisadiyyatına və valyutasına dağıdıcı nəticələr gətirəcəkdir” deyən Tramp, kürdlərə silah və maliyyə yardımı etməkdə davam edəcəklərini bildirib.

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system