Bişkekdə etiraz aksiyası başladı - Video+ Yenilənib

Oxundu: 126
Bişkekdə etiraz aksiyası başladı - Video+ Yenilənib

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin tərəfdarları Bişkekə doğru hərəkət etməyə başlayıb.

"İslaminSesi" bildirir ki, “Qafqazinfo” Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə eks-prezidentin tərəfdarlarının avtomobilləri Atambayevin aparıldığı paytaxta yola düşüb. Koy-Taş kəndində isə polisin kənddən çıxan maşınları mühasirəyə alınıb. Polislə Atambayevin tərəfdarları arasında xırda toqquşmalar yaşandığı bildirilir.

 

Xatırladaqki, Almazbek Atambayev bu gün könüllü şəkildə xüsusi xidmət orqanlarının əməkdaşlarına təslim olub.

 

***

Bişkekdə keçmiş prezident Almazbek Atambayevin tərəfdarlarının etiraz aksiyası başlayıb. 500-dək mitinqçi parlament binasının yerləşdiyi Ala-Too meydanına toplaşıb.  Etirazçılar hazırkı prezident Sooronbəy Jaanbekovun istefasını tələb edirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyaçılara qarşı gözyaşardıcı qazdan, işıq-qaz qumbaralarından istifadə ediblər.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system