Birqütblü dünyanın yaratdığı problem – Avropa ABŞ-la yollarını ayırır

Oxundu: 1030
Birqütblü dünyanın yaratdığı problem – Avropa ABŞ-la yollarını ayırır

Azər Rəşidoğlu: “Məsələyə islam-xristian kontekstindən yanaşmağın tərəfdarı deyiləm”

 

Fransa prezidenti Makronun, ABŞ prezidenti  Trampın irəli sürdüyü ağır şərtlərdən sonra NATO-nun mudafiəsindən imtina etmək və Avropa İttifaqı (Aİ) ölkələrinin vahid ordusunu yaratmaq barədə çağırışına ilk növbədə Almaniyadan dəstək gəldi. İki ölkə 2017-ci ilin iyulunda artıq sözdən işə keçərək birgə beşinci nəsil qırıcı təyyarə yaradılması proqramına start verdi.

 

Qeyd edək ki, Fransa və Almaniya yeni nəsil təyyarə yaradılması planını elan edərkən bu təyyarənin yaradılmasında “Eyrbus” və “Dassault Aviation” kimi şirkətlərin iştirakının da nəzərdə tutulduğu qeyd edildi. Bu günlərdə xarici KİV-də yayılan məlumata görə isə artıq İspaniya da sözügedən proqrama qoşulub. Rəsmi xəbəri yayan  İspaniya Müdafiə Nazirliyi bununla bağlı çərçivə razılaşmasının imzalandığını da bildirib. Razılaşmaya əsasən, Madridin layihədəki payı 33% təşkil edəcək.

 

Maraqlıdır, Avropa ölkələrinin birgə silah istehsalına və xüsusi hərbi alyans yaratmasına zərurət varmı? Belə bir addım sivilizasiyalararası münasibətlərdə təhlükə yarada bilərmi?

 

"İslamınSesi" saytına danışan politoloq Azər Rəşidoğlunun sözlərinə görə, bütün məsələlər hazırda birqütblü dünyada yaşamağımızdan qaynaqlanır: "ABŞ öz iradəsini dünyaya diktə edir. Bəzi hallarda Avropa ölkələri ilə ABŞ-ın maraqları toqquşur. Avropa ölkələri daha sıx inteqrasiya xətti yürüdür. Məsələyə islam-xristian kontekstindən deyil, məhz bu rakursdan yanaşmağın tərəfdarıyam. Zərurətə gəlincə, bu daha çox Rusiya təhlükəsinə qarşı atılmış addımdır. Lakin artıq ABŞ və Avropanın fərqli maraqları da mövcuddur. Görünən isə odur ki, vahid Avropa ailəsi artıq kənardan olan bütün təhdidlərə qarşı birləşmək niyyətindədir".

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system