NAMAZ VAXTLARI:
  • FƏCR 05:32
  • GÜN 06:52
  • ZÖHR 12:26
  • ŞAM 18:17
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb

Oxundu: 76
Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində 2018-2019-cu tədris ili üçün I sinfə şagird qəbulunun III mərhələsinə start verilib.

"İslaminSesi.info" bildirir ki, BŞTİ-dən verilən məlumata görə, bu mərhələ üzrə uşaqların elektron qeydiyyatı valideyn (qanuni nümayəndə) tərəfindən üzrlü səbəb (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi)  göstərilməklə, “Əlaqə” bölməsi vasitəsilə (elektron ərizə əsasında) sentyabrın 17-dən oktyabrın 15-dək aparıla bilər. Həmin müddətdən sonra müraciətlər qəbul olunmayacaq.

 

Valideynlər uşaq elektron qeydiyyatdan keçirildikdən sonra müvafiq sənədləri məktəbə təqdim etməlidirlər. Sənədlər qəbul olunduqdan sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.

 

Qeyd edək ki, paytaxtın ümumi təhsil məktəblərində 2018-2019-cu dərs ili üçün I sinfə şagird qəbulu bu il fevralın 22-dən başlayıb. Bu vaxtadək proses artıq 2 mərhələdə həyata keçirilib. Dərslərin başlanmasına baxmayaraq, üzrlü səbəblərdən gecikən valideynlərin müraciətlərinin davam etdiyi nəzərə alınaraq, uşaqların I sinfə qəbulu üzrə elektron qeydiyyatın və məktəblərdə sənəd qəbulunun oktyabrın 15-dək aparılmasına dair qərar verilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system