NAMAZ VAXTLARI:
  • FƏCR 06:27
  • GÜN 07:54
  • ZÖHR 12:35
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bir milyonluq dələduzluq edən polkovnik məhkəməyə müraciət etdi

Oxundu: 150
Bir milyonluq dələduzluq edən polkovnik məhkəməyə müraciət etdi

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

"İslaminSesi.info" -nın xəbərinə görə, hakim Elşad Şamayevin sədrliyi ilə baş tutan prosesdə S.Şükürovun anket məlumatları dəqiqləşdirilib, apellyasiya şikayətinin dəlilləri müəyyən edilib. 

 

S.Şükürov apellyasiya şikayətində günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. 

 

Məhkəmə baxışı oktyabrın 22-nə təyin edilib. 

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şükürov doqquz il altı ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, o, İlqar Əliyevi işə düzəltmək adı ilə, Xanımbacı İsmayılovanı isə qızının cinayət işinə xitam verdirəcəyi vədi ilə aldadaraq, onların ümumilikdə bir milyon manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsilə ittiham elan edilib. 

 

S.Şükürov sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnikdir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system