NAMAZ VAXTLARI:
  • FƏCR 05:10
  • GÜN 06:30
  • ZÖHR 12:32
  • ŞAM 18:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 1086
"

Bir əsrdən çox tarixi olan hamam dağılmaq üzrədir - Videoreportaj

Zəngin mədəni irsə, milli sərvətlərə və əsrarəngiz təbiətə sahib olan odlar diyarı Azərbaycanın hər bölgəsində bir tarix yaşayır.

 

İslaminSesi xəbər verir ki, ölkənin hər diyarını qarış-qarış gəzərkən bu tarixlə və milli mədəniyyət nümunələri ilə qarşılaşırıq. Məhz bu mədəni irs sayəsində Azərbaycan dünyada tanınır, qədim tarixə malik olduğunu sübuta yetirir. Eyni zamanda  ən qədim insan məskənlərinin diyarı olduğunu təsdiqlədir.

 

Tarixi abidələrin, mədəniyyət nümunələrinin çox olduğu bölgələrimizdən biri də, qədim Abşeron torpağıdır.  Burada yerləşən  qədim məscidlər, hamamlar və digər milli mədəniyyət nümunələri hesab olunan  tikililər tarixin sınağından üzüağ çıxaraq günümüzə qədər gəlib çatıblar.  Belə tarixi abidələrdən biri də Abşeron rayonu Fatmayi kəndində yerləşən “Hacıağamurad” hamamıdır.

 

Sözügedən tikili təxminən 1910-1911 ci illərdə istismara verilib. Təxminən 21-22 il kənd camaatının istifadəsində olan hamam, sovet hökuməti tərəfindən kollektiv təsərrüfatın yaradılmasından sonra fəaliyyətini dayandırıb.

 

 

Hacıağamurad kişinin nəticəsi Əliabbas Zeynalovun sözlərinə görə, ulu babası bu hamamı bağ camaatının istifadə etməsi üçün tikdirib.  Çünki həmin dönəmlərdə ətraf ərazilərdə yalnız bir hamam mövcud olub ki, bu da əhalinin tələbatını ödəməyib.

 

 

İndi Əliabbas Zeynalov təəssüf hissi ilə babası tərəfindən tikilən hamamın uçub-dağıldığını seyr edir. O, aidiyyatı qurumların bir əsrlik tarixə malik abidəyə qarşı laqeydliyindən şikayətlənir.

 

 

Biz isə ümid edirik ki, təqdim etdiyimiz sujetdən sonra  aidiyyatı qurumlar bu tarixi hamamın rekonstruksiya olunması üçün səy göstərəcəklər və tarixi tikilinin tam məhv olmasına imkan verməyəcəklər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system