NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Binadan atılan zibil maşını bu hala saldı - FOTO

Oxundu: 298
Binadan atılan zibil maşını bu hala saldı - FOTO

Xətai rayonunda binadan atılan zibil avtomobilin ön şüşəsini sındırıb.

"İslaminSesi.info" xəbər verir ki, hadisə Xətai rayonu, Xudu Məmmədov küçəsi ilə İlqar Zülfüqarov küçəsinin kəsişməsindəki hündürmərtəbəli binanın qarşısında baş verib.

 

Sürücü axşam saatlarında “Volkswagen Passat” markalı avtomobili binanın qarşısında saxlayıb.

 

Səhər işə gedən zaman isə maşının ön şüşəsini yararsız halda görüb.

 

Maşın sahibi deyir ki, avtomobilini saxladığı binanın yuxarı mərtəbələrinin birindən zibil atılıb və nəticədə maşının ön şüşəsi sınıb. Zibil torbasının içindəkilər kapotun üzərinə dağılıb.

 

Hadisənin kim tərəfindən törədildiyi bilinmir.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system