NAMAZ VAXTLARI:
  • FƏCR 03:38
  • GÜN 05:18
  • ZÖHR 12:37
  • ŞAM 20:16
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bin Salmandan Fələstin rəhbərinə 10 milyard rüşvət təklifi

Oxundu: 712
Bin Salmandan Fələstin rəhbərinə 10 milyard rüşvət təklifi

Səudiyyə Ərəbistan şəhzadəsi Muhəmməd bin Salman Fələstin lideri Mahmud Abbasa 10 milyard dollar rüşvət təklif edib.

 

“İslaminSesi” əl-Aləmə istinadən xəbər verir ki, bu barədə Livanın “Əl-əxbar” qəzeti yazıb.

 

Mənbənin bildirdiyinə görə şəhzadə Bin Salman Fələstin Dövlət başçısı Mahmud Abbasa Donald Trampın təklif etdiyi “Əsrin müqaviləsi” kimi tanınan ABŞ sülh planını qəbul etmək üçün 10 milyard dollar təklif edib.

 

Qazetin yazdığına görə Bin Salman, Mahmud Abbasdan illik hökümət xərcləriniz nə qədərdir deyə soruşub. Abbas 1 milyard deyə cavab verib. Şahzadə cavabındaTrampın təklifini qəbul edərsə 10 illik hökümət xərclərini ödəməyə hazır olduğunu bildirib. Bununla yanaşı Bin Salman, bunu qəbul etsəniz Tramp hazırda yaşadığınız əraziləri sizə bağışlayacaq (jest edəcək) deyə bildirib.

 

Lakin Mahmud Abbas bu mənim siyasi karyeramın sonu olar deyib təklifi qəbul etmib.

 

Xatırladaq ki, ABŞ hökümət Yaxın Şərqlə bağlı sülh planının olması və bunu ramazan ayından sonra açıqlayacağı barədə məlumat yaymışdı.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system