NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:42
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 3186
Bin-Salman bir aydır görünmür – O, bir ay öncəki atışmada ölüb?

Bin-Salman bir aydır görünmür – O, bir ay öncəki atışmada ölüb?

Ötən ayın 21-də Səudiyyə Ərəbistanın paytaxtı ər-Riyadda kral sarayında atışma baş vermişdi. Həmin zaman Səudiyyə təhlükəsizlik qüvvələri əl-Xəzzamə bölgəsindəki iqamətgah ərazisinə daxil olan bir pilotsuz uçan aparatın vurulmasını önə çəkmişdilər.

İslaminSesi.info xəbər verir ki, Səudiyyə Ərəbistanın birinci vəliəhdi, müdafiə naziri və kralın oğlu Məhəmməd bin Salmanın 21 aprel tarixindəki atışma zamanı yaralandığı iddia edilirdi. Artıq bir aydan artıqdır ki vəliəhd səhnədə yoxdur.

 

Bu yoxluğa görə bəzi ciddi suallar yaranıb.

 

Bu sualların ciddi olması o dərəcəyə çatıb ki bəzi mənbələr vəliəhdin öldüyünü iddia edirlər.

 

İranın Keyhan qəzetinin rəhbəri Hüseyn Şəriətmədarinin sözlərinə görə bir ərəb dövlətinin Kəşfiyyat orqanlarından əldə edilən məlumata əsasən, Bin-Salman 21 aprel atışmasında iki güllə yarası alıb və onun ölüm ehtimalı var.

 

Xatırladaq ki, aprelin 21-də Səudiyyə Ərəbistanın paytaxtı ər-Riyadda kral sarayında atışma baş vermişdi. Səudiyyə təhlükəsizlik qüvvələri iqamətgah ərazisinə daxil olan bir pilotsuz uçan aparatın vurulmasını önə çəkmişdilər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system