NAMAZ VAXTLARI:
  • FƏCR 03:47
  • GÜN 05:28
  • ZÖHR 12:47
  • ŞAM 20:25
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 352
Bin-Salman Benyamin Netanyahu ilə görüşüb – İsrail qəzeti

Bin-Salman Benyamin Netanyahu ilə görüşüb – İsrail qəzeti

“İsrail baş naziri Benyamin Netanyahu İordaniyaya səfəri zamanı Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salmanla ikitərəfli görüş keçirib.”

İslaminSesi.info RT-ə istinadla xəbər verir ki, bu məlumatı İsrailin “Mearif” qəzeti yayımlayıb.

 

Qəzet bildirib ki, görüş cari həftənin bazar ertəsi günü İordaniyada kral İkinci Abdullahın qəsrində baş tutub.

 

Qəzetin siyasi eksperti Jaki Huci yazıb ki, Bin-Salman Trampın kürəkəni Carid Kuşnerin İordaniyaya səfəri zamanı Benyamin Netenyahunu gözləyib və onların görüşü kral İkinci Adbullahın sarayında baş tutub.

 

Tərəflər arasında birbaşa təmasların olduğunu bildirən siyasi ekspert vurğulayıb ki, bu təmaslar kral İkinci Abdullahın vasitəçilyi ilə də olub və vasitəsiz də baş tutub.

 

Səudiyyə tərəfi hələ bu məsələyə münasibət bildirməyib.

 

Qeyd edək ki, Səudiyyənin bir sıra sabiq Kəşfiyyat rəsmilərinin İsrail rəsmiləri görüşüb , bölgədə “İran təhlükəsi” və ona qarşı vahid cəbhə təşkil etmək haqda müzakirələr aparması bir neçə dəfə təsdiqini tapıb. Lakin bu ilk dəfədir ki, Səudiyyə Ərəbistanı rejiminin bir nömrəli şəxsinin İsrailin baş naziri ilə görüşü haqda məlumat yayılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system