ÖLKƏ

Oxundu: 72
Biləsuvarda oğru dəstə tutuldu

Biləsuvarda oğru dəstə tutuldu

Biləsuvar rayonunda oğurluq edən dəstə saxlanılıb.

"İslaminSesi.info" “Qafqazinfo" - ya  istinadən verdiyi məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-na keçən gecə rayonun Nəsimi kəndindəki mağazaların birinə pəncərədən girərək 33 manat pul və tütün məmulatı oğurlayan rayon sakinləri Səbuhi Ağazadə, Şahin Cavadov və Taleh Əliyev saxlanılıblar. 

Onların həmin gün daha 2 mağazadan ərzaq məhsulları və kosmetik əşyalar oğurlaması, Cavid İbadova məxsus “VAZ-2106”, Kəlbi Fərhadova məxsus “VAZ-2107” və Famil Əsgərova məxsus “VAZ-2106” markalı avtomobilləri qaçırmaları, habelə Qurban Ağayevə məxsus “VAZ-2107” markalı avtomobilin arxa şüşəsini sındırmaları da müəyyən edilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system