Biləsuvarda mikroavtobus yandı - VİDEO

Oxundu: 407
Biləsuvarda mikroavtobus yandı - VİDEO

Bakı-Ələt-Astara avtomagistralının Biləsuvar rayonundan keçən hissəsində mikroavtobus yanıb.

Cəlilabad rayon sakini Vüqar Orduyev sükanı arxasında olduğu mikroavtobusla Astara istiqamətində hərəkətdə olarkən maşının mühərrik hissəsi qəfildən alovlanıb.
 
Alov tezliklə maşının qarşı tərəfini bürüyüb. Nəticədə, mikroavtobus yararsız hala düşüb. Sürücünün sözlərinə görə, avtomobil sonuncu dəfə Biləcəridə servisdə olub.Yanğının da məhz ustaların təmirdə buraxdıqları ehtiyatsızlıq ucbatından baş verdiyi ehtimal edilir.
 
Sürücü avtomobilin hansı səbəbdən yanması ilə bağlı müvafiq qurumların mütəxəssislərinə müraciət edib. Ekspertiza nəticələrindən sonra hadisəsinin dəqiq səbəbləri müəyyən olunacaq.(oxu.az)
 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system