NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Biləcərinin bu küçəsində hərəkət məhdudlaşdırılır

Oxundu: 272
Biləcərinin bu küçəsində hərəkət məhdudlaşdırılır

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq aprel ayının 20-dən 21-nə keçən gecədən etibarən 21-i axşam saatlarınadək Binəqədi rayonu, Biləcəri qəsəbəsi Xurşudbanu Natəvan küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

 

İslaminSesi Modern.az -a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

 

Məlumata görə, sözügedən küçəyə avtonəqliyyat vasitələrinin daxil olması Yəhyə Hüseynov və Rəşid İsmayılov küçələri ilə kəsişmədən məhdudlaşdırılmaqla alternativ olaraq sözügedən küçələrə yönəldiləcək: “Sözügedən ərazidə sıxlıq yaşanması deyə məhdudlaşmanın tətbiq edildiyi ərazidə yaşayan vətəndaşların avtonəqliyyat vasitələrindən başqa digər avtomobillərin sürücülərindən alternativ göstərilən yollardan istifadə etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system