Bibiheybətdə yol niyə çökdü? - Asfalt qatının qalınlığından hər şey aydın görünür

Oxundu: 232
Bibiheybətdə yol niyə çökdü? - Asfalt qatının qalınlığından hər şey aydın görünür

Yol yatağında daş və torpaqbərkitmə işlərinə milyonlarla vəsait silinib

Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında yenidən torpaq qatı sürüşməsi nəticəsində yolun istinad divarları uçub. Səbəbi korrupsiya və pis idarəetmədir. Diqqət edin ki, Hesablama Palatası aparılmış nəzarət tədbirləri nəticəsində Dövlət İnvestisiya Proqramının layihəsinin “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın bəzi tələblərinə uyğun hazırlanıb təqdim olunmadığı qənaətindədir. 

 

Belə ki, əksər hallarda sifarişçi təşkilatlar tərəfindən dövlət investisiya layihələrinin əsaslandırılmadığı, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təkliflərinin hazırlanmadığını, habelə yeni layihələndirilən layihələr üçün layihə-smeta sənədlərinin, texniki-iqtisadi əsaslandırmanın və texniki-iqtisadi hesablamaların Proqrama daxil edilməsi üçün İqtisadiyyat Nazirliyinə təqdim edilmədiyi müəyyən olunmuşdur.

 

Nəticədə əsaslandırılması, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri, texniki-iqtisadi əsaslandırma və texniki-iqtisadi hesablamaları olmayan layihələr Dövlət İnvestisiya Proqramına (DİP) daxil edilir. Və bu da öz növbəsində tikinti-quraşdırma işlərinin vaxtında başa çatdırılmaması, DİP üçün nəzərdə tutulan vəsaitin il ərzində bir neçə dəfə yenidən bölüşdürülməsinə və DİP üzrə proqnozla gözlənilən icra və faktiki icra arasında ciddi fərqin olmasına, nəticədə dövlət vəsaitlərinin səmərəli istifadə olunmasına təsir edir.


Məlumat üçün qeyd edim ki, 2019-cu il üçün şəhərsalma və tikinti büdcəsi 6,3 milyard manat proqnozlaşdırılıb.

 

Qubad İbadoğlu,
İqtisadçı-ekspert

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system