NAMAZ VAXTLARI:
  • FƏCR 06:09
  • GÜN 07:34
  • ZÖHR 12:27
  • ŞAM 17:37
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 5175
“Bəziləri dahi Füzuliyə daş atıb, özlərini tanıtmaq və gündəmdə qalmaq istəyirlər”

“Bəziləri dahi Füzuliyə daş atıb, özlərini tanıtmaq və gündəmdə qalmaq istəyirlər”

İlqar Fəhmi: “İnsan bilmədiyi mövzuda hər hansı bir fikir səsləndirirsə, bu həmin şəxsin cahilliyinin əlamətidir”

 

Qərəzli fikirləri ilə hər zaman  Azərbaycan xalqının çoxəsirlik milli adət-ənənələrini, dini və mənəvi dəyərlərini aşağılayan, bütöv Azərbaycan ideologiyasını öz qəlbində yaşadaraq dövlətçilik ənənələrimizin təməlini qoyan Şah İsmayıl Xətainin nüfuzuna xələl gətirən ifadələr işlədən, adını tariximizə yazdırmağı bacaran bir sıra görkəmli şəxsiyyətlər barəsində həqiqətə uyğun olmayan sözlər deyərək gündəmdə qalmaq istəyən millət vəkili Fazil Mustafa yenidən öz ampulasına sadiq qalıb. Millət vəkili bu dəfə bütün sinirləri aşaraq Azərbaycan ədəbiyyatının dahisi, böyük klassik şairi Məhəmməd Füzuli və onun özündən sonra gələn bütün görkəmli şair və yazıçılara örnək olan yaradıcılığı  haqqında fikir bildirməkdən çəkinməyib. Belə ki, Fazil Mustafa yerli mətbuat orqanlarından birinə verdiyi müsahibəsində dahi Azərbaycan şairi Məhəmməd Füzulini cəhalətin təbliğatçısı adlandırıb. Millət vəkili qeyd edib ki, Füzuli dahi şair olsa da, Azərbaycanda mərsiyə janrının yayılmasının təməlini qoyanlardan biridir. Mərsiyə janrı isə  insanı dini ideologiyanın quru təbliğatçısına çevirməkdir. O, bildirib ki, bu gün Füzulinin bəşəri, humanist ideyalar aşılayan əsərləri yaşasa da,  mərsiyə janrında yazdıqlarının  qalıcı dəyəri yoxdur.

 

Millət vəkilinin növbəti dəfə  qərəzli fikirlər səsləndirməsi Azərbaycan ziyalıları və ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Azərbaycan Yazıçılar Birliyinin Katibi, tanınmış yazıçı və kinodramaturq İlqar Fəhmi millət vəkilinin səsləndirdiyi fikirlərlə bağlı “İslamınSesi” nə münasibət bildirib. İlqar Fəhmi qeyd edib ki, demokratiya dövrü olduğu üçün hər kəsin istədiyi fikirdə olması onun öz ixtiyarındadır: “ Amma insanın  özünün bir vicdan məsələsi də var. Yəni insan bilmədiyi mövzuda hər hansı bir fikir səsləndirirsə, bu həmin şəxsin cahilliyinin əlamətidir. Demokratiya və plüralizmin mövcudluğu o demək deyil ki, hamının bilib-bilmədən bütün mövzularda danışması mümkündür”.

 

İlqar Fəhmi fikirlərini Füzulinin məşhur kəlamı ilə davam etdirib:

 

“Ucaldın qəbrim, ey bidərdlər, səngi-məlamətdən,

    ki məlum ola dərd əhlinə qəbrim, ol əlamətdən”.

 

Füzuli deyir ki, mənə atılan tənə daşlarından qəbrimin üstünə yığın ki, qəbrim dərd əhlinə uzaqdan məlum olsun. Yəni bu cür daşlar Füzuliyə əvvəl də atılıb, sovet dövründə də bu hallar olub. Hal-hazırda da bu cür daşların atılması təəccüblü deyil. Əslində bu cür daşların atılmağı Füzulinin böyüklüyünün əlamətidir. Dahi şairin adı ilə kimlərsə gündəmdə olmaq istəyir. Bu şəxsiyyətin böyüklüyünün əlamətidir.Mərsiyyə yazan yüzlərlə şairlər var. Onlar haqqında niyə danışmırlar?. Çünki Füzulinin kölgəsində özlərini tanıtmaq istəyirlər”.

 

İlqar Fəhmi əlavə edib ki, Füzulinin mərsiyə janrında böyük poeması var. Amma bu tam oxunan mərsiyə deyil. Bu  əsər tam olaraq mərsiyə də sayılmır. Kərbəla müsibətini əks etdirən bir əsərdir ki, içərisində şeirlər, fraqmentlər var. Təmiz mərsiyə janrı 19-cu əsrdə özünün ən yüksək zirvəsinə çatıb. Bizim görkəmli ziyalılarımız və ədəbiyyatşünaslarımız həmişə qeyd edirlər ki, mərsiyə janırı ədəbiyyatımıza yeni poetik çalarlar gətirib. Bunu indiki dövr ədəbiyyatşünaslıq kitablarında görə bilərik. Təbii ki, bir insanın ədəbiyyatdan anlamırsa, o zaman həmin şəxsin nəzərində bütün bunlar boş cəfəngiyyat kimi əks olunacaq. Hər şey baxış bucağından asılıdır”. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


ETİBAR ETİBARLI
14.07.2017 15:15:51
SON İLLƏR ÖZLƏRİNİ TANITMAQ ÜÇÜN KLASSİKLƏRİMİZƏ DAŞ ATAN BİR DƏSTƏ PEYDA OLUB. BELƏLƏRİ TANINMAQ ÜÇÜN ÖZ ATA-BABASINI QƏBİRDƏN ÇIXARIB, SÖYÜRLƏR Kİ,TƏKİ ONLARA QƏHRƏMAN DESİNLƏR. NƏSİMİYƏ, FÜZULİYƏ, SABİRƏ ÇİRKAB ATANLAR ÖZ SOY-KÖKÜNƏ XOR BAXAN CILIZ BƏDBƏXTLƏRDİR.
Hacı Akif
14.07.2017 12:19:13
Mənə elə gəlir ki, Fazil Mustafa millət vəkili yox millətin faciəsidir. Adını tarixə yazdirmış barmaqla sayilası bir neçə şəxsiyyətlərimiz var hamısının üstünə kölgə salmaqla məşğuldur. Babək, Sah İsmayıl. indi də Füzuli. Görəsən növbədə kimdir?
Abdullayev Sebuhi
13.07.2017 23:52:24
Onlarin esas baslarinin dasi mersiyelerin coxunun Kerbala musibetine yazilmalaridi M Fizulini butun dunya qebul edir

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system