NAMAZ VAXTLARI:
  • FƏCR 03:45
  • GÜN 05:26
  • ZÖHR 12:47
  • ŞAM 20:27
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 278
Beynəlxalq Cinayət Məhkəməsinin sazişini cırın - Duterte

Beynəlxalq Cinayət Məhkəməsinin sazişini cırın - Duterte

Filippinin prezidenti Rodriqo Duterte Beynəlxalq Cinayət Məhkəməsini təşkil edən Roma statutunu imzalayan dövlətləri həmin müqaviləni cıqmağa çağırıb. İslaminSesi.info RİA-ya istinadla xəbər verir ki, Duterte müvafiq bəyanatı bazar günü ölkənin Hərbi Akademiyasının komandirlərinin qarşısındakı çıxışı zamanı edib.

"Mən müqavilə imzalamış bütün ölkələri Beynəlxalq Cinayət Məhkəməsini tərk etməyə çağırıram. bu sənədi heç kim hazırılamayıb, bu, Avropa İttifaqı tərəfindən təklif edilən sazişdir", - Duterte bildirib.

 

O özü də martın 14-də Roma statutunun ratifikasiyasının geri çağırılması haqqında elan edib. Bu qərar Beynəlxalq Cinayət Məhkəməsinin prokurorluğu fevralda Filippindəki ilkin vəziyyətin araşdırılmasına başlamaq haqqında verdiyi qərarla bağlıdır. Qərara əsasən Filippində ölkə hökümətinin narkotiklərlə mübarizə üzrə 1 fevral 2016-cı il tarixindən etibarən keçirdiyi əməliyyatlar zamanı mümkün cinayətlərin törədilməsi halları təhqiq olunacaq. Məhkəmə prokuroru Fatu Bensuda bildirib ki, ölkədə narkotik istifadəsi və ya satışına görə, min nəfər öldürülüb. Onun sözlərinə görə, bu qətllər bir neçə halda məhkəmənin və istintaqın aparılması olmadan həyata keçirilib.

 

Qeyd edək ki, Avropa İttifaqı Duterteni narkotik istifadəçilərinə qarşı cinayət törətməkdə ittiham edir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system