NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:43
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 430
Beyləqanda ağır qəzada ölən və yaralanan şəxslərin adları məlum olub - YENİLƏNİB - FOTO

Beyləqanda ağır qəzada ölən və yaralanan şəxslərin adları məlum olub - YENİLƏNİB - FOTO

Beyləqan rayonunda baş verən zəncirvari yol-nqəliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adı məlum olub.

"İslaminSesi.info" Report-a istinadən xəbər verir ki, “VAZ-2107” markalı avtomobil və “BMW” markalı avtomobillər toqquşub. 

 

Nəticədə 1972-ci il təvəllüdlü Etibar Abdullayevin idarə etdiyi 90 FK 510 dövlət qeydiyyat nömrə nişanlı “VAZ-2107” markalı avtomobil deformasiyaya uğrayıb. 

 

Avtomobilin sürcüsü E.Abdullayev və onun sərnişini 1978-ci il təvəllüdlü Arif İmrəliyev  hadisə yerində ölüb. 

 

Hadisə zamanı 1987-ci il təvəllüdlü Kənan Mirzəyevin idarə etdiyi 10 TO 725 dövlət qeydiyyat nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin 1989-cu il təvəllüdlü Elnur Bəndəliyev, digər iki “VAZ-2107” markalı avtomobillərin sürücüləri - Nəsimi Allahverdiyev və Cəmil Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

 

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstyəxanasına çatdırılıb. 

 

 

***

"İslaminSesi.info" APA-ya istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Beyləqan rayonunda 3 ədəd “VAZ” markalı minik avtomobili və "BMW" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü, 1970-ci il təvəllüdlü Abdullayev Etibar Kamal oğlu və sərnişin, 1976-ci il təvəllüdlü İmrəliyev Arif Vaqif oğlunun cəsədlərini deformasiyaya uğramış “VAZ” markalı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb. 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system