NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:52
  • ZÖHR 12:45
  • ŞAM 19:55
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ARAŞDIRMA

Oxundu: 412
Beyin travması alandan sonra dahi olan insanlar - İnanılmaz faktlar

Beyin travması alandan sonra dahi olan insanlar - İnanılmaz faktlar

İnsan beyninin hər hansı bir şəkildə zərər görməsi nəticəsində qeyri-adi faktların meydana çıxmasına səbəb olub.

İslaminSesi BBC-ə istinadən bildirir ki, yaradıcılığın nədən qaynaqlandığı illərdi insanlarda maraq oyadıb. Lakin yaradıcılığın hələ də beynin hansı nöqtəsindən qaynaqlandığı naməlumdur. Amma ani savant sindromu var ki, bu sindromla 25 insan qeyri-adi istedadlarını nümayiş etdiriblər. Məsələn, 1994-cü ildə ortopediya cərrahı  Tony Cicoriayanı ildırım vurur. Bu hadisədən sonra Cicoriya dəhşətli şəkildə piano çalmaq istəyi duyur. Əvvəllər digərlərinin musiqilərini çalan cərrah tədricən öz melodiyalarını bəstələyir. Hazırda həm bəstəkar, həm də cərrah kimi fəaliyyət göstərir.

 

Masör Jon Sarkin iflic olduqdan sonra rəsmlər çəkməyə başlayır. Hazırda onun rəsm əsərləri 10 min dollara satılır. Ən qəribə hadisələrdən biri isə 2002-ci ildə Vaşinqtonda olub. Jason Padgett əvvəllər avara həyat sürər və bundan zövq alardı. Hucumda beyin travması alan Jason Padgett ertəsi gün su krantını açanda hər yer gözünə həndəsi fiqurlar kimi görünməyə başlayır. O riyaziyyatçı olur. 

 

Bu hadisələr haqqında iki nəzəriyyə var. Birincisi budur ki, beyin zədələnəndə bu bir növ LSD almağa bənzəyir. Yəni beyində serotonin yüksəlir. Serotinin yaradıcılığı yüksəldər. İnsan beynində sinezseti yaranar. Yəni əslində bir-birindən ayrı olan duyğular hamısı qarışar. İkinci nəzəriyyəyə görə beyin travması zamanı insanın yaradıcılığı təsirlənmir, amma insanlar bir çox sosial bacarıqlarını itirirlər. Autizmdən əziyyət çəkən insanların yaradıcılıqlarının qüvvətli olduğu öz təsdiqini tapıb. Hətta Eynişteynin, Nyutonun və Mikelancelonun autizmdən əziyyət çəkdiyi haqqında məlumatlar var. Ümumiyyətlə savant sindromundan əziyyət çəkən insanlardan biri  Jon Sarkin rəsm çəkməyə marağının olması ilə əlaqədər yox, bunun vacib bir iş kimi yerinə yetirilməsini hiss etdiyi üçün məşğul olduğunu deyir. Məsələ yenə öz sirrini tibdən gizləyir.

 

Ülviyyə Tahir

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system