NAMAZ VAXTLARI:
  • FƏCR 03:36
  • GÜN 05:17
  • ZÖHR 12:37
  • ŞAM 20:18
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bəşəriyyətin son 50 ildə planeti necə dəyişdiyi məlum olub

Oxundu: 134
Bəşəriyyətin son 50 ildə planeti necə dəyişdiyi məlum olub

Biomüxtəliflik və ekosistem xidmətləri üzrə hökumətlərarası ekspertlər qrupu (IPBES) bəşəriyyətin son 50 ildə planeti necə dəyişdiyini araşdırıb.

 
Tədqiqatda iştirak edən 400-dən artıq alim üç il ərzində 15 mindən çox elmi və dövlət informasiya mənbələrini araşdırıb. 
 
Nəticədə, məlum olub ki, hazırda bir milyona yaxın heyvan növünün nəsli kəsilmək üzrədir. Quruda lokal növlərin sayı 20 faiz azalıb, eləcə də, amfibiyaların 40 %, mərcanların 33 %-i, dəniz məməlilərinin isə üçdə biri tam yoxa çıxmaq təhlükəsi altındadır.
 
Bundan savayı, quru ərazisinin üçdə birindən çoxu, içməli su ehtiyatlarının 75 %-i kənd təsərrüfatı və heyvandarlığa gedir. Hər il planetin təkindən 60 milyard tona yaxın bərpaolunan və bərpaolunmayan ehtiyatlar əldə edilir. Yer səthinin ümumi məhsuldarlığı isə 50 il ərzində 23 % azalıb. 
 
Alimlərin hesablamalarına əsasən, hər il okean sularına 300-400 ton ağır metal və toksiki sənaye tullantıları atılır ki, bu da Dünya okeanında ümumi sahəsi 245 min km2 olan 400-ə yaxın “ölü ərazinin” yaranmasına gətirib çıxarıb. 
 
Alimlər bildirir ki, bunların hamısı da 300 milyon insanın sel və qasırğa ilə üzləşmə riskini artıq artırıb və planet üçün neqativ olan bu proses çox güman ki, 2050-ci ilə qədər dayanmayacaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system