NAMAZ VAXTLARI:
  • FƏCR 04:58
  • GÜN 06:20
  • ZÖHR 12:36
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX

Oxundu: 61
Bəşəriyyəti Dünya müharibəsi ilə üzbəüz qoyan müqavilədən 80 il ötür - TARİX

Bu gün İkinci Dünya Müharibəsinin başlanması üçün “yaşıl işıq” yandıran və tarxiə “Molotov-Ribbentrop” paktı kimi düşən müqavilənin imzalnamasından 80 il ötür.

 

SSRİ-nin xarici işlər üzrə xalq komissarı Vyaçeslav Molotov və Almaniyanın xarici işlər naziri İoahim Ribbentropun imzaladığı sənəd “Almaniya və Sovet İttifaqı arasında hücum etməmək barədə müqavilə” adını almışdı.

 

1939-cu il avqusutun 23-də imzalanan sənədə görə Moskva və Berlin bir-birinə hücum etməmək barədə öhdəlik götürdü. Əgər ölkələrdən biri hücuma məruz qalardısa, digəri heç bir halda hücum edən tərəfə dəstək verməli deyildi. Bütün mübahisəli məsələlər isə sülh yolu ilə həll olunmalı idi.

Molotov-Ribbentrop paktı 10 il müddətinə imzalanırdı. Sənədin imzalanması dünyada böyük sensasiya doğurur və SSRİ ilə Almaniyanın xarici siyasətində ciddi dəyişiklikdən xəbər verirdi. Amma paktın əsas ağırlığı gizli protokollarda idi. Bu protokollar rəsmi sənədə əlavə olunmamışdı və yalnız 80-ci illərin sonunda Mixail Qorbaçevin razılığı ilə ictimaiyyətə açıqlanmışdı.

 

Protokollarda Şərqi Avropanın nüfuz maraqlarına bölünməsi və faktiki olaraq qonşu ölkələrin işğalı nəzərdə tutulurdu. Belə ki, Estoniya, Latviya, Finlandiya və Bessarabiya (indiki Moldova) SSRİ-nin nüfuz dairəsinə daxil edilirdi.

Almaniya isə Litva və Poşanı işğal etməli idi. Almaniya qoşunları 1939-cu ilin sentyabrında SSRİ-yə çatmalı olan Polşa torpaqlarını da işğal etdiyi üçün kompensasiya kimi Litvadan Moskvanın xeyrinə imtina edir.

 

Avqsustun 23-də imzalanan müqavilə Hitlerə sentybarın 1-də Polşaya hücum etməyə imkan verir. Bu tarix İkinci Dünya Müharibəsinin başlanma günü sayılır. Maraqlıdır ki, Stalin mq    avilə şərtlərinə uyğun olaraq Polşaya şərqdən hücum etməli və beləliklə, Almaniyanı İkinci Dünya Müharibəsinin yeganə baiskları çıxardır. Yalnız sentyabrın 17-də Sovet qoşunları Polşanın daxilinə doğru irəliləməy başlayır. Hətta, sentyabrın 28-də Brest-Litovsk şəhərində iki ölkənin qoşunları birgə hərbi parad keçirir.

 

Müqavilə şərtlərinə uyğun olaraq, SSRİ Baltikyanı ölkələri qarşılıqlı yardım haqqında müqavilə imzalamağa məcbur edir və bu ölkələrdə hərbi baza yaradır. Finlandiya bazanın tikintisindən imtina edir və bu Sovet-Fin müharibəsinin başlanmasına bəhanə olur. Ərazi itkisinə uğrasa da, Finlandiya öz müstəqilliyini qoruya bilir. 1940-ci ilin iyununda bütün dünya Hitlerin Parisdə parad keçirməsini izləyərkən Sovet ordusu Baltikyanı ölkələrin müstəqilliyinə son qoyur.

Ərazi genişlənməsiu olsa da, SSRİ sosializmə nifrət edən, bu ölkəyə işğal çı kimi baxan 20 milyon yeni vətəndaş əldə etdi. Nəticədə, 1941-ci il iyunun 22-də Hitler Almaniyası SSRİ-yə hücum edəndə həmin ərazilərdə Qırmızı Orduiya qarşı ciddi üsyanlar baş verdi.

 

Uzaq perspektivdə Molotov-Ribbentrop paktı Moskva üçün uğurlu oldu. Belə ki, 1945-ci ildə Qərb ölkələri artıq SSRİ-nin 1940-cı ildəki işğallarını tanımaqla bərabər, Şərqi və Mərkəzi Avropadakı rolunu da etiraf etməli oldu.

Molotov-Ribbentrop paktı Avropanı İkinci Dünya Müharibəsindən saxlaya biləcək sonuncu maneəni də aradan qaldırdı. Modern.az

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system