Bəşər Əsəd Suriyada olan ABŞ qüvvələrinə xəbərdarlıq etdi: Böyük itki verəcəksiniz

Oxundu: 199
Bəşər Əsəd Suriyada olan ABŞ qüvvələrinə xəbərdarlıq etdi: Böyük itki verəcəksiniz

Bəşər Əsəd Suriyada olan ABŞ qüvvələrini böyük itki verəcəkləri ilə xəbərdarlıq edib.

 

İslaminSesi bildirir ki, Bəşər Əsəd cümə günü "Rusiya-24" kanalına və "Rusiya Sivodnya" agentliyinə geniş müsahibə verib.

 

Əsəd geniş müsahibədə bir çox məsələlərə toxunub. O, həmçinin Suriyada olan ABŞ qüvvələrini böyük itki verəcəkləri ilə də xəbərdarlıq edib:

"Həmişə deyirəm ki, bir işğalçı ölkələr həmin yerlərdə agentləri olmasa oraya gələ bilməzlər. Bir işğalçı üçün düşmən əhatəsində (daxilində) yaşamaq çətindir. Biz həmişə deyirik ki, problemlərin həllinin ən düzgün və ən etibarlı yolu bir suriyalı kimi milli düşümcə və birlik ətrafında birləşməyimizdir. Belə olan halda Amerika özü çıxacaqdır, artıq burada qala bilməyəcək.”

 

Amerikanın İraqa hücumunu və İraqın işğalını misal çəkən Əsəd, “İraq təcrübəsi amerikalılar üçün hələ də təzədir, oradakı nəticə heç də onların gözlədiyi kimi olmadı. Mən 2003-cü ildə İraqın işğalından sonra bir reportajda işğala qarşı hərbi müqavimətin yaranacağını bildirmişdim” deyə bu vəziyyəti Suriya ilə müqayisə edib:

“ABŞ-ın Suriyada mövcudluğu Amerikya böyük itkilər yaşadacaq müqavimətin yaranmasına səbəb olacaq və beləliklə bu, onların buranı tərk etməsinə səbəb olacaq.”

 

O, əlavə edərək bildirib:

“Təbii ki, biz Amerikanın Rusiya ilə toqquşacağını düşünmürük. Bu aydın məsələdir. Bu nə bizim üçün, nə Rusiya üçün, nə də dünya üçün xeyirli deyil. Bu böyük bir təhlükədir!

Amerika özü də burada, işğal etdiyi hər yerdə rahat yaşayacağına inanmır. Biz onlara İraq və Əfqanstanı xatırladırıq... Suriya da bu haldan istisna deyil...”

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system