NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bəşər Əsəd ölkəni tərk edən erməniləri Suriyaya geri dönməyə çağırıb

Oxundu: 468
Bəşər Əsəd ölkəni tərk edən erməniləri Suriyaya geri dönməyə çağırıb

Suriya Prezidenti Bəşər Əsəd bu ölkədə yaşayan erməni icmasının katolikosu I Aramla görüşüb.

 

“İslaminSesi” əl-Aləmə istinadən xəbər verir ki, Bəşər Əsəd, katolikosla görüşündə ölkəni tərk edən ermənilərin mümkün qədər tez bir zamanda geri dönmələrini istəyib. Həmçinin Bəşər Əsəd geri dönən ermənilərə dövlətin də qayğı və yardım göstərəcəyini bildirib.

 

Katolikos I Aram öz növbəsində Bəşər Əsədə təşəkkürünü bildirib və ermənilərin dövlətə sadiq olduqlarını,  ölkədə yenidənqurma işlərinə başlamaq niyyətində olduqlarını bildirib.

 

Xatırladaq ki, bəzi mənbələrin bildirdiyinə görə Suriyada baş verən son olaylarla bağlı 70 min erməni Suriyanı tərk edib.

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system