NAMAZ VAXTLARI:
  • FƏCR 06:26
  • GÜN 07:53
  • ZÖHR 12:34
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bəşər Əsəd: Müqavimət qüvvələrinin hər uğurundan sonra Qərbin fəryadı yüksəlir

Oxundu: 1613
Bəşər Əsəd: Müqavimət qüvvələrinin hər uğurundan sonra Qərbin fəryadı yüksəlir

Suriya prezidenti Bəşər Əsəd cümə axşamı İran İslam İnqilabının Ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ilə paytaxt Dəməşqdə görüş keçirib.

Görüşdə Suriyadakı vəziyyət, ikitərəfli münasibətlər, ABŞ və Qərb ölkələrinin Suriyaya etmək istədikləri hücum planı müzakirə edilib. 

 

Bəşər Əsəd çıxışı zamanı Suriya ordusu və mütəffiqlərinin əldə etdiyi hər bir uğurdan sonra Qərb ölkələrinin fəryadının yüksəldiyini bildirib.

 

"Müqavimət qüvvələri tərəfindən əldə edilən hər uğurun ardınca Qərb ölkələrinin fəryadı yüksəlir. Qərblilərin Suriyadakı istənilən hərəkəti regionda səbatsızlığın daha da genişlənməsinə, beynəlxalq sülhün və təhlükəsizliyin pozulmasına səbəb olacaq".

 

Suriya prezidenti bu ölkələrin son kimyəvi hücum iddialarının döyüş meydanındakı tarazlığı terrorçuların xeyrinə dəyişmək məqsədi daşıdığını qeyd edib. 

 

"Şərqi Qutanin azad edilməsindən sonra bəzi Qərb ölkələrinin Suriyaya hücumla bağlı təhdidləri, özləri tərəfindən uydurulmuş yalanlara əsaslanır. Bu isə onların Suriyadakı müharibədə bir daha məğlubiyyətə uğramalarından xəbər verir".

 

Görüşdə çıxış edən Əli Əkbər Vilayəti onlarla ölkənin iştirakı ilə artıq 7 ildir ki, Suriyada xalq və hökumət əleyhinə müharibə apardıqlarını, bu müharibənin birbaşa olaraq ABŞ tərəfindən idarə edildiyini bildirib: "Bu günkü Suriya 7 il öncəsi ilə müqayisədə heç də zəif deyil. Amerika da 7 il öncəsi ilə müqayisədə heç də güclü deyil".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system