Bəşər Əsəd ABŞ-ı “quldur dövlət” adlandırdı

Oxundu: 58
Bəşər Əsəd ABŞ-ı “quldur dövlət” adlandırdı

“ABŞ neftimizi oğurlayır”.

İslaminSesi xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd “Rossiya 24” telekanalına müsahibəsində deyib.

 

“Birləşmiş Ştatlar quldur dəstələri üzərində siyasi rejim kimi qurulmuş dövlətdir”, – Suriya lideri əlavə edib.

 

Xatırladaq ki, noyabrın 6-da KİV-də ABŞ Prezidenti Donald Trampın Suriyanın şərqindəki neft yataqlarının təhlükəsizliyini təmin etmək üçün genişləndirilmiş hərbi missiyanı təsdiqlədiyi barədə xəbərlər yayılıb. Yeni plana əsasən, qoşunlar Deyr-əz-Zordan Əl-Hasakiyə qədər, təxminən, 150 km uzanan ərazidə kürd yaraqlılarının nəzarətində olan böyük ərazini qoruyacaq.

 

Daha sonra ABŞ Dövlət Departamenti Suriyanın ABŞ-ın nəzarətində olan ərazilərində neftin yerli hökumət tərəfindən hasil olunduğunu, Departamentin Prezidentdən neft yataqları ilə bağlı nə isə etmək tapşırığı almadığını bildirib.(“Report”)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system