NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:19
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 359
 Bəs islam imkan versə idi ateistlər və deistlər Marsa gedəcəkdi?

Bəs islam imkan versə idi ateistlər və deistlər Marsa gedəcəkdi?

Nüfuzlu GallUp şirkətinin hesabatı göstərdi ki, Azәrbaycan әhalisinin 66%-i özünü dinsiz sayır. Və tərtib edilmiş siyahıda Azәrbaycanın 20 әn dinsiz ölkәdәn biri olduğu bildirilir

Özü də bu xəbər bir neçə dəfə paylaşıldı səhifələrdə. Dinsiz abilər, ablalar da həvəslə ürək qoyurdular postun altında.

 

İndi mənə əsas maraqlı olan budur ki, bəs nə oldu, Azərbaycanda olan problemlərin təməlində din və dindarlar dururdu? Bəs bizi geri salan başlıca amil İslam faktoru idi? Yeganə qurtuluş yolu dinsizlikdə idi bəs?

 

Prinsip olaraq Azərbaycanda dinsizlik hakimdir. Hanı bəs sizin vəd etdiyiniz proqressiv gənclik? Hanı sizin Marsa uçan raketləriniz, atom elektrik stansiyalarınız? Hanı söz azadlığınız, hanı mütərəqqi cəmiyyətiniz?

 

Ayrı vaxt dini, fiqhi məsələlərdə möminlər nəyisə müzakirə edəndə yeri gəldi-gəlmədi ortaya atdığınız söz bu olur ki, camaat Marsa gedir, bizim dindarlar insanların cinsi həyatını müzakirə edir. Deyirsiniz ki, camaat səsdən sürətli təyyarə istehsal edir, bizim dindarlar namus ölçür.

 

Amma canım-ciyərim, dindar müsəlmanlar bu cəmiyyətin 10%-i deyil heç. Qoy biz boş şeylərə vaxt sərf edək. Bəs siz də pubda 5ci bokalı aşırmaqdan, qızlarla söyüşlü danışmaqdan, 3-5 "obşak" qızını aranızda tədavülə buraxmaqdan o yana keçməmisiniz axı.

 

Sizin də yeganə uğurunuz bədəninizə əcaib döymələr vurdurmaq, qızların siqaret çəkməsinə, söyüş söyməsinə normal baxmaq, bakirəliyə önəm verməmək olub da, siz nə etmisiniz?

 

Köhnə MTNin podvalında insanlara əzab verən və o insanlar "Allahdan qorxun" deyə fəryad edəndə onlara "çağır Allahını gəlib qurtarsın səni" deyənlər də hacı, kərbəlayi deyildi, dinsiz idilər.

 

BDUda oxuyanda mən 2 müəllim tanıdım, oxudun-oxumadın pul tələb edirdi. İkisi də ateizm təbliğ edirdi, dinə qarşı xüsusi radikal münasibətləri vardı.

 

Hanı Azərbaycanda dindar problemi? Azərbaycandakı hansı problemi din və ya dindarlar törədib?

 

• Mal əti adı ilə qəssablara ölü heyvan əti, eşşək əti soxuşduranlar dindarlardır?


• Rüşvət sistemini quranlar və ayaqda saxlayanlar dindarlardır?


• Pulla qiymət yazdırıb gəlib "həkim" olan cəlladlar dindarlardır?


• İçib maşınla yola çıxan, vurub kimisə bədbəxt edənlər dindarlardır?


• Yolda-irizdə ona-buna sataşan, pul istəyən, onun-bunun yanındakı xanıma söz atan, nömrə bağıran qaqalar dindarlardır?

 

Təhsildən şikayət edirsiniz, amma dərsə girməyib qaçanların heç biri qaçıb məscidə getmir, qəlyanxanalara, playstationlara gedirlər.

 

Ölkədə problem diz boyudur, buna baxmayaraq kim iki kitab oxuyur və tərəqqiyə, proqresə (guya) çalışırsa, başlayır dindən, dindarlardan danışmağa.

 

Üstəlik işin ironiyalı tərəfi də budur ki, problem kimi sayılan bütün şeyləri İslam dini haram buyurur və pisləyir.

 

Yusif Nəbiyev

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system