Beş Avropa ölkəsi İsraili işğalçı fəaliyyətlərinə son verməyə çağırdı

Oxundu: 100
Beş Avropa ölkəsi İsraili işğalçı fəaliyyətlərinə son verməyə çağırdı

Beş Avropa ölkəsi Vaşnqtonun İsrail işğalına olan dəstəyini tənqid edərək beynəlxalq qanunlara ziddir adlandırıb və işğalçılığa son verməyə çağrdı.

 

İslaminSesi AFP-yə istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının üzvləri olan Fransa, Almaniya, İngiltərə, Belçika və Polşa birgə bəyanat yayaraq İsrailin işğal etdiyi əraziləri Fələstin torpaqları olduğunu etiraf ediblər:

“İsrailin Şərqi Qüds də daxil olmaqla işğal edilmiş Fələstin ərazilərində yürütdüyü məskunlaşma siyasətinə mövqeyimiz açıq və dəyişməzdir.”

 

“Bütün məskunlaşma siyasəti beynəlxalq qanunlara ziddir... İki dövlət arasında həll yolu və davamlı sülh perspektivini sarsıdır... Biz İsraili bütün məskunlaşma fəaliyyətlərini dayandırmağa çağırırıq" deyə bəyanatda İsraili işğala son qoymağa çağırıblar.

 

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Fələstin torpaqlarında məskunlaşmanı qanunsuz hesab edən qətnamə qəbul etməsinə baxmayaraq, ABŞ Dövlət Katibi Mayk Pompeo, bazar ertəsi günü verdiyi açıqlamada İsrailin işğal etdiyi Fələstin torpaqlarına apardığı qanunsuz məskunlaşma siyasətinin "beynəlxalq hüquqa zidd olmadığını" bildirmişdi.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system