NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:42
  • ŞAM 20:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bərdədə "təcili yardım"ın qadın həkimləri döyülüblər

Oxundu: 66
Bərdədə

Bərdə rayonunda Təcili Tibbi Yardım Stansiyasının çağırışa çıxan həkimləri və "təcili yardım" avtomobilinin sürücüsü döyülüb.

İslaminSesi.info "Report" -a istinadən  xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndində baş verib.

 

Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Adil Cəlali "Report"un yerli bürosuna bildirib ki, bu gün səhər saatlarında stansiyanın həkimləri Rəfiqə Abdullayeva, Təranə Qasımova və "təcili yardım" avtomobilinin sürücüsü Zaur İbrahimov çağırış yerinə çatan kimi döyülüblər: "Ünvana çatan həkim briqadasına şəxsiyyəti məlum olmayan şəxs taxta parçası ilə hücum edib. Hadisə zamanı hər iki qadın həkim və sürücü xəsarət alıblar. 

 

Bundan başqa, "təcili yardım" avtomobilinin şüşələri qırılaraq yararsız hala salınıb".

 

Hadisə ilə bağlı Bərdə Rayon Polis Şöbəsinə məlumat verilib.

 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system