ÖLKƏ

Oxundu: 117
Bərdədə ev yanıb, 6 yaşlı qız ölüb, anası ağır xəsarət alıb - YENİLƏNİB

Bərdədə ev yanıb, 6 yaşlı qız ölüb, anası ağır xəsarət alıb - YENİLƏNİB

Bərdədə evdə baş verən yanğın zamanı xəsarət alan şəxsin vəziyyəti ağırdır.

 

"İslaminSesi.info"  APA-ya istinadən   verdiyi   məlumata görə, yanıq xəsarəti ilə xəstəxanaya çatdırılan 1991-ci il təvəllüdlü Novruzova Zümrüd Sirac qızının müalicəsi davam etdirilir. Z. Novruzova hadisə zamanı ölən 6 yaşlı Novruzova Ruqiyyə Samir qızının anasıdır.

 

Rayon Polis Şöbəsindən bildirilib ki, Z. Novruzovanın həyat yoldaşı Novruzov Samir Xəyyam oğlu işləmək üçün Dağıstan Respublikasına gedib. 

 

Faktla bağlı araşdırma aparılır.

 

***

 

"İslaminSesi.info"  APA-ya istinadən  verdiyi  məlumata görə, yanğın kəşfiyyatı zamanı 2012-ci il təvəllüdlü Novruzova Ruqiyyə Samir qızının yanmış cəsədi aşkar olunub.

 

Yanğın zamanı bir nəfər müxtəlif yanıq xəsarətləri ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən Bərdə Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system