Bələdiyyələrin qanunsuz torpaq satışının qarşısı alınıb
Oxundu: 447
13:54, 13.02.2018
Milli Məclisin bu gün keçirilən plenar iclasında Ədliyyə Nazirliyinin (ƏN) Bələdiyyələrlə İş Mərkəzinin bələdiyyələrin fəaliyyəti ilə bağlı illik hesabat məruzəsinin müzakirəsi keçirilib.
"İslaminSesi.info" xəbər verir ki, hesabat məruzəsi ilə çıxış edən ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib ki, 2017-ci il bələdiyyələrin fəaliyyətində uğurlu il olub:
“Bələdiyyələrlə iş iki istiqamətdə aparılıb və uğurlu nəticələr əldə edilib. Xüsusilə bələdiyyə qulluqçularının Etik davranış Kodeksinin qəbulunun bələdiyyələrin fəaliyyətində mühüm rol oynadığını və bundan sonra da oynayacağını bildirib”.
O qeyd edib ki, bu günə kimi 65 minə yaxın bələdiyyə aktı daxil olub və onların qanunverciliyə uyğunluğu yoxlanılıb, bəziləri dəyişdirilməsi üçün geri qaytarılıb:
“1979 aktın ləğvi və ya dəyişdirilməsi qərara alınmışdı ki, nəticədə onlardan 741 akt ləğv edilib, 714-ü isə dəyişdirilib. Qalanları ilə bağlı müzakirələr davam edir.
Bəzi bələdiyyələrin fəaliyyətində ciddi qanun pozuntularının aşkar edilib. Artıq 24 faktla bağlı tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına müvafiq sənədlər göndərilib. 15 fakt üzrə cinayət işi başlanılıb. Bütövlükdə 2636 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb.
Həmçinin Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 2170 bələdiyyə aktı eskpertizadan keçirilib. Onlardan 1 akt qanunsuz olduğu üçün ləğv edilib”.
DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ
BÜTÜN XƏBƏRLƏR-
Eldəniz Quliyev Qobustan təcridxanasında islamçı məhbuslarla görüşdü 23:30, 16.02.2019
-
Müdafiə naziri Zakir Həsənov BƏƏ-yə yola düşüb 20:38, 16.02.2019
-
Narkoloji Mərkəzdəki “yanğın işi”: İntihar etmək istəyirdimsə, camaatı niyə yandırırdım? 15:05, 16.02.2019
-
Daha 318 şəhid vərəsəsinə 11 min manat veriləcək 14:50, 16.02.2019
-
İnstitut: Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır 14:40, 16.02.2019
-
Bakıda dələduzluğa görə üç ildir axtarışda olan şəxs tutulub 14:25, 16.02.2019
-
Azərbaycanın Türkiyəyə qoyduğu investisiyanın həcmi açıqlandı 14:15, 16.02.2019
-
Sabahın hava proqnozu açıqlanıb 14:01, 16.02.2019
ŞƏRH YAZIN