NAMAZ VAXTLARI:
  • FƏCR 05:00
  • GÜN 06:22
  • ZÖHR 12:36
  • ŞAM 19:06
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Belarus hökuməti Rusiya ilə “birləşmə” proqramı hazırladı

Oxundu: 328
Belarus hökuməti Rusiya ilə “birləşmə” proqramı hazırladı

Belarus hökuməti avqustun 27-də prezident Aleksandr Lukaşenkoya Rusiya ilə inteqrasiya proqramının layihəsini təqdim etməyi planlaşdırır.

"İslaminSesi" yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Belarusun Baş naziri Sergey Rumas deyib. O, iki ölkənin baş nazirinin yeni proqramı paraflaşdırmasından sonra layihənin ictimaiyyətə təqdim ediləcəyini bildirib.

 

Rumas bunun sayəsində ictimaiyyətdə suverenlik və digər təhlükələrlə bağlı mövcud olan sualların ortadan qalxacağını deyib.

 

Belarus Baş naziri inteqrasiya proqramının yalnız iqtisadi sferaya aidiyyəti olduğunu və burada olan bəndlərin vahid bazarın mexanizmlərini nəzərdə tutduğunu bildirib. Yeni proqramda həmçinin enerji daşıyıcıları üçün də eyni qiymətlərin müəyyən edilməsi barədə bəndin yer aldığı qeyd edilib.

 

Qeyd edək ki, Belarusla Rusiya 1999-cu ildən bu yana ittifaq dövlətində birləşiblər.

 

Bəzi Belarus ekspertləri yeni inteqrasiya proqramının Minskin suverenliyinin tam əlindən alınması üçün hazırlandığını iddia edirlər. Hökumət isə bu məsələdə tam əks mövqe tutur və bunun Belarusu daha da möhkəmləndirəcəyini iddia edir.
Virtualaz.org 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system