NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bəhreyndə Fələstinlə bağlı forumda ABŞ nümayəndə heyətinə maliyyə naziri başçılıq edəcək

Oxundu: 159
Bəhreyndə Fələstinlə bağlı forumda ABŞ nümayəndə heyətinə maliyyə naziri başçılıq edəcək

ABŞ maliyyə naziri Stiven Mnuçin 25-26 iyun tarixində Bəhreyndə Fələstinlə bağlı keçiriləcək "Sülh naminə inkişaf" iqtisadi forumunda Amerika nümayəndə heyətinə başçılıq edəcək,

İslaminSesi-nin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu haqda Ağ evin bəyanatında deyilir.

 

Qeyd olunur ki, ABŞ nümayəndə heyətinin digər üzvləri sırasında prezident Donald Trampın məsləhətçisi Cared Kuşner, beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndə Ceyson Qrinblatt, Ağ ev nəzdində iqtisadi müşavirlər şurasının başçısı Kevin Hassett və ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk olacaq.

 

Xatırladaq ki, daha öncə ABŞ Fələstin ərazilərinə investisiya cəlb etmək üçün iyunun sonunda Bəhreyndə "Sülh naminə inkişaf" şüarlı iqtisadi forum keçirəcəyi haqda elan etmişdi.

 

Forum ABŞ-ın Fələstin-İsrail münaqişəsinə son qoymaq üçün planlaşdırdığı "Əsrin müqaviləsi"-nin həyata keçirilməsinə doğru atılan ilk addım olacaq.

 

Ərəb KİV-lərinin bildirdiyinə görə, Amerikanın bu planı fələstinlilərin İsrail tərəfindən qəsb edilən torpaqlarından imtina etməsinə hesablanıb. Bunun müqabilində Fələstinlilərə iqtisadi preferensiyalar veriləcək, bir hissəsi Sinay yarımadasında yerləşəcək Fələstin dövlətinin qurulması üçün maddi yardım ayrılacaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system