Bəhreyndə 11 yaşlı uşağı siyasi ittihamla həbs ediblər

Oxundu: 50
Bəhreyndə 11 yaşlı uşağı siyasi ittihamla həbs ediblər

Bəhreynin Baş Prokurorluğu ötən gün (16 fevral 2020) siyasi fəaliyyətinin araşdırılması üçün 11 yaşlı uşağın həbsi barədə göstəriş verib.

İslaminSesi  İQNA-ya istinadən xəbər verir ki, bu göstərişə əsasən Bəhreynli 11 yaşlı uşaq Əmin Rza bir həftə müddətində azadlıq məhrum edilib.

 

İbtisam Saiğ adlı Bəhreyni insan haqları aktivisti bu barədə öz sosial şəbəkə hesabında yazıb: Bu uşaq siyasi fəaliyyətinin yoxlanılması üçün bir həftəlik həbs edilib.

 

O əlavə edib: 11 yaşlı bəhreynli uşaq Ali-Xəlifə rejimi əleyhinə 14 Fevralda başlanan xalq qiyamının 9-cu il dönümü yürüşündə iştirak etdiyinə görə həbs edilib.

 

Bəhreynin insan haqları fəalları bildiriblər ki, Fevral ayının 13 və 14-də Ali-Xəlifə rejiminin cinayətlərinə qarşı keçirilən etiraz yürüşlərində 13 nəfər həbs edilib. Onlardan bir neçəsi uşaq və azyaşlıdır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system