BƏƏ ölkənin və Ərəb dünyasının ilk AES-nin istismarına lisenziya verdi

Oxundu: 144
BƏƏ ölkənin və Ərəb dünyasının ilk AES-nin istismarına lisenziya verdi

Bu gün, BƏƏ Federal Nüvə Nəzarəti Təşkilatı Baraka nüvə stansiyasında ilk reaktor üçün əməliyyat lisenziyasını verib.

 

İslaminSesi xəbər verir ki, bu barədə Əmirliyin WAM Xəbər Agentliyi məlumat yayıb.

 

Agetliyin xəbərinə görə bu barədə bu gün, Abu Dabidə keçirilən mətbuat konfransı zamanı səlahiyyətli şəxs tərəfindən bildirilib.

 

İdarə heyəti sədrinin müavini Hamd Al Kaabinin bildirdiyinə görə lisenziyanın müddəti 60 ildir.

 

Mənbənin məlumatına görə lisenziya, Nüvə Enerji Korporasiyasına bağlı Nawah Enerji Şirkətinə verilib. Şirkətin həmçinin Abu Dabi Əmirliyinin Əl-Dafra bölgəsində yerləşən stansiyanın istismarına da cavabdeh olduğu bildirilir.

 

Qeyd edək ki,  “Baraka” nüvə stansiyası BƏƏ və bütün ərəb dünyasında  ilk AES-dir.

 

 

AES  ümumi gücü 5600  meqavatt-ə malik dörd enerji blokundan ibarətdir.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system