NAMAZ VAXTLARI:
  • FƏCR 03:47
  • GÜN 05:28
  • ZÖHR 12:47
  • ŞAM 20:25
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 4060
BƏƏ-nin yəmənli məhbuslara qarşı qorxunc cinsi işkəncələrinin üstü açılıb

BƏƏ-nin yəmənli məhbuslara qarşı qorxunc cinsi işkəncələrinin üstü açılıb

Associated Press bundan öncə Birləşmiş Ərəb Əmirliyinin zabitlərinin Yəməndə idarə etdiyi həbsxanalarının sayını və yerni açıqlamışdı. Növbəti mərhələdə isə məxfi və cinsi işkəncələrin olduğu daha 5 həbsxana aşkarlanıb.

İslaminSesi.info Associated Press-ə istinadla xəbər verir ki, Yəməndə yeni aşkarlanan həbsxanalarda BƏƏ zabitləri tərəfindən şiddətli şəkildə cinsi işkəncələrin olduğu ortaya çıxıb.

 

Mənbə xəbər verir ki, Ədən şəhərində yerləşən həbsxanadakı məhbuslar, etirafların əldə edilməsi üçün və daha sonra onların müxtəlif əməliyyatlara və planlara sövq etdirilməsi üçün cinsi işkəncələrə məruz qalıblar.

 

İşkəncələrin ötən mart ayında Ədən şəhərində yerləşən həbsxanaya gələn 15 BƏƏ zabiti tərəfindən həyata keçirildiyi bildirilib.

 

Associated Press Ədənin Bir-Əhməd həbsxanasında olan məhbuslardan yüzlərləsinin cinsi işkəncələrə və istismara məruz qaldığını deyib.

 

Xatırladaq ki, Səudiyyə, BƏƏ və onların koalisiyası 2015-ci ilin mart ayından Yəməndə legitimliyi bərpa etmək bəhanəsilə bu ölkəyə hücuma keçiblər. Bu hücum nəticəsində 25 min mülki şəxsin həlak olduğu bildirilir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system