NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 331
BƏƏ-nin Yəməndə qara günü – Baş Qərargahın rəis müavini öldürülüb

BƏƏ-nin Yəməndə qara günü – Baş Qərargahın rəis müavini öldürülüb

Birləşmiş Ərəb Əmirliyi Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Yəmənin əl-Hudeyda əyalətində gedən döyüşlər zamanı ölüb.

İslaminSesi.info əl-Məsira telekanalına istinadla xəbər verir ki, bu barədə Yəmənin əl-Hudeyda əyalətinin qubernatorluğundan məlumat verilib.

 

Bildirilib ki, əl-Hudeyda əyalətində gedən döyüşlər zamanı BƏƏ Ordusunun baş qərargahın rəis müavini və onunla birgə 16 BƏƏ əsgəri öldürülüb.

 

BƏƏ rəsmiləri hələ bu xəbəri təsdiqləməyiblər.

 

Eyni zamanda yəmənlilərin “Xalq Komitələri” (Husilər) bildiriblər ki, onlar son 4 gündə Səudiyyə koalisiyasının 253 hərbçisi və muzdurunu öldürüblər.

 

Həmçinin husilər bildiriblər ki, onlar BƏƏ-nin 37 zabit və əsgərini və onlarla birgə əl-Hudeyda əməliyyatına qatılan 3 fransalı muzduru əsir götürüblər. Hazırda BƏƏ onları azad etmək üçün Oman Sultanlığını vasitə salmaq istəyir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system