NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 384
BDU-nun tələbəsi dəhşətli qəzada öldü

BDU-nun tələbəsi dəhşətli qəzada öldü

Salyanda mikroavtobusun qəzaya uğraması nəticəsində 2 nəfər həyatını itirib, daha 2 nəfər isə xəsarət alıb. "İslaminSesi.info" xəbər verir APA TV-nin məlumatına görə, hadisə səhər saatlarında Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib.


Masallı rayon sakini, 1961-ci il təvəllüdlü Babayev Şəmsəddin Əliabbas oğlunun idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Əliyev Natiq Hidayət oğlunun idarə etdiyi “Bakelektro” ASC-yə məxsus "Toyota" markalı avtokran toqquşub. Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər - Masallı rayon sakinləri, 2000-ci il təvəllüdlü Qardaşov Asif Vaqif oğlu və 2001-ci il təvəllüdlü Musayeva Şəbnəm Seydulla qızı  hadisə yerində dünyasını dəyişib. 50 yaşlı Gülzar Nurəliyeva və 30 yaşlı Amin Ağarəhimov isə xəsarətlə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Məlumata görə, qəzada dünyasını dəyişən Asif Qardaşov BDU-nun 1-ci kurs tələbəsi imiş. Onun qardaşının da keçən il avtoqəzada həyatını itirdiyi deyilir.

 

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system