BDU-nun rektoruna qarşı ŞOK İDDİA: “Elçin Babayev universitetin girişində iki dönərxana açıb” - FOTO

Oxundu: 111
BDU-nun rektoruna qarşı ŞOK İDDİA: “Elçin Babayev universitetin girişində iki dönərxana açıb” - FOTO

Tanınmış ekspert Bakı Dövlət Universiteti (BDU) rektorunun “kiçik biznes”ə baş vurduğunu yazıb.

 

İslaminSesi Yenicag.az  - a istinadən  xəbər verir ki, təhsil eksperti Etibar Əliyev şəxsi “Facebook” səhifəsində BDU-nun rektoru Elçin Babayevin universitet ərazisində iki dönərxana açdığına dair status paylaşıb:

 

“Hörmətli dostlar! Bakı Dövlət Universitetinin yeni rektoru Elçin Babayev apardığı islahatların tərkib hissəsi kimi universitetin girişində və əsas korpusa yaxın yerdə iki dönərxana açıb. Sizcə, bu düzgündürmü? Dönərxana açmaq islahat sayıla bilərmi?

 

Dönərxana üçün postmodernist ad da seçilib: “Çarx üstü”. Allah eləsin, rektora “Dönər Elçin” ayaması qoşmasınlar… Və Şair Musa Yaqub demişkən: Eşqulla P.S.

 

Adamın ağlına baxın, universitetin giriş qapısından 10-20 metr aralıqda 5-6 dönərxana var. Bir tərəfdən onu da qınamaq olmaz, yəqin rəqabət mühiti yaradır…”

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system