NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bazarda ticarətçilər Orucluğa görə icarə haqqından azad edildi...- İbrətamiz

Oxundu: 195
Bazarda ticarətçilər Orucluğa görə icarə haqqından azad edildi...- İbrətamiz

Ramazanın əvvəlindən ödənmiş pullar da satıcılara geri qaytarılacaq...

 

"İslaminSesi" - İnquşetiyada Ramazan ayı boyu qiymətlər növbəti dəfə endirilib. 
 
Dağıstan mediasına istinadla verdiyi xəbərdə deyilir ki, hökumət ucuzlaşmaya bazarlarda ticarət edənləri icarə haqqı ödəməkdən azad etdirməklə nail olub.  İnquşetiya başçısı Yunus-bek Yevkurov bu barədə özünün “İnstaqram” hesabında yazıb. O, respublikadakı bütün bazarların direktorlarına Ramazan ayı boyunca ticarətçiləri  icarə haqqı ödəməkdən azad etmək haqda göstəriş verdiyini  vurğulayıb.  Y.Yevkurovun sözlərinə görə, Ramazanın əvvəlindən bu ay üçün icarə haqqını ödəmiş satıcıların pulları da geri qaytarılacaq. 
 
Respublikada qiymətlərə nəzarət etmək üçün xüsusi monitorinq qrupu yaradılıb. Bundan əlavə, şəhər və rayon başçılarına yoxsul ailələlərin siyahısını təqdim etmək və rəsmi saytlarda onlara edilən  yardımlar haqda məlumat yaymaq barədə də göstəriş verilib. Moderator.az
 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system