NAMAZ VAXTLARI:
  • FƏCR 06:27
  • GÜN 07:54
  • ZÖHR 12:35
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bayılda sürüşmə zonasında yaşayanlara pul ayrıldı

Oxundu: 327
Bayılda sürüşmə zonasında yaşayanlara pul ayrıldı

Nazirlər Kabineti (NK) Bayıl sürüşmə zonasında evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı sərəncam verib.

"İslaminSesi.info" bildirir ki, Nazirlər Kabinetindənverilən məlumata görə, müvafiq sərəncam baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

 

Sərəncamla, 98 ailənin (ailə tərkibinə uyğun olaraq) müvəqqəti kirayə evlərdə yerləşdirilməsi üçün vəsait ayrılıb.

 

Kirayə haqqı ərazidən köçürülən hər bir ailənin ailə tərkibi nəzərə alınmaqla ödəniləcək.

 

Qeyd edək ki, “Teleqüllə” sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir.

 

Fevralın 10-da baş verən son sürüşmə prosesi zamanı dörd ev tam, bir ev qismən dağılıb. Sürüşmə sahəsində 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system