ÖLKƏ
Oxundu: 138
Bayılda evləri dağılmış sakinlərə veriləcək yardımın miqdarı açıqlandı
16:58, 16.04.2018
Səbail rayonu, Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə 10 fevral 2018-ci il tarixdə baş vermiş lokal torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş 6 fərdi yaşayış evində yaşayan vətəndaşlara birdəfəlik maddi yardım verilməsi məqsədilə Baş nazir Artur Rəsi-zadə tərəfindən Nazirlər Kabinetinin müvafiq sərəncamı imzalanıb.
"İslaminSesi.info" xəbər verir ki, bu barədə APA-ya Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov məlumat verib.
O qeyd edib ki, sərəncama əsasən, Səbail rayonu Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə 10 fevral 2018-ci il tarixdə baş vermiş lokal torpaq sürüşməsi nəticəsində ev əşyaları ilə birlikdə dağılaraq yaşayış üçün tam yararsız vəziyyətə düşmüş, ümumi sahəsi 306 kvadrat metr olan 4 fərdi yaşayış evinin, həmçinin bir hissəsi dağılaraq yaşayış üçün yararsız vəziyyətə düşmüş ümumi sahəsi 182 kvadrat metr olan 2 fərdi yaşayış evinin sahiblərinə evin bir kvadrat metri üçün 700 manat və hər bir evdə yararsız vəziyyətə düşmüş ev əşyaları üçün 1500 manat olmaqla birdəfəlik maddi yardım ödənilməsi qərara alınıb.
Qeyd olunan vəsait Səbail Rayon İcra Hakimiyyəti tərəfindən ailə başçılarının bank hesablarına 3 gün müddətində köçürüləcək.
Həmin 6 fərdi yaşayış evinin tam sökülməsi də Səbail RİH-ə həvalə olunub.
Qeyd edək ki, fevralda Bayılda sürüşmənin aktivləşməsi nəticəsində ərazidəki 6 evə ziyan dəyib, 90-dan çox evin sakini ərazidən köçürülüb.
98 ailəyə 11 aylıq kirayə haqqı verilir.
DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ
BÜTÜN XƏBƏRLƏR-
5-ə qədər saya bilmədiyi üçün azərbaycanlı ata uşağa işgəncə verdi – Dəhşət 22:01, 20.04.2018
-
Eldar Mahmudov və MTN-nin keçmiş idarə rəisi məhkəməyə verilib 16:50, 20.04.2018
-
Binəqədidə "BMW" yanıb 16:19, 20.04.2018
-
Sabah Azərbaycanda yeni baş nazir seçiləcək 15:51, 20.04.2018
-
Ombudsman məmurlara irad bildirdi 15:32, 20.04.2018
-
Sumqayıtda 18 yaşlı gənc itkin düşdü 15:19, 20.04.2018
-
Nazirlik Şamaxıda bələdiyyə sədrini cərimələdi 15:03, 20.04.2018
-
Bakıda yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib 14:46, 20.04.2018
FOTO XƏBƏR
BÜTÜN FOTO XƏBƏRLƏRVİDEO XƏBƏR
BÜTÜN VİDEO XƏBƏRLƏR
Bu şəxsi küçədə görsəniz dilənçi zənn edə bilərsiniz - 6 milyard dollara sahibdir

Berlin təxliyyə olunur -Yarımtonluq bomba aşkarlanıb

Bakıda dəhşətli hadisə: Falçı yanına gələn qızları zorlayıb, videoya çəkib -FOTOLAR

Corc Buşun seçkilərini saxtalaşdıran xakerin istintaq görüntüləri - İnanılmaz etiraf
ŞƏRH YAZIN