Baş Qərargah rəisinin müavini: "Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır"

Oxundu: 348
Baş Qərargah rəisinin müavini:

"Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır".

 
İslaminSesinin APA- ya istinadən xəbərinə görə, bunu Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov Silahlı Qüvvələrin Hərbi Akademiyasının və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılış mərasimində çıxış edərkən deyib.
 
O bildirib ki, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində mühüm işlər görülüb.
Baş Qərargah rəisinin müavini qeyd edib ki, ən müasir silah və texnikaların alınması, mütəmadi təlimlərin keçirilməsi Azərbaycan Ordusunun döyüş qabiliyyətini daha da artırır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system