Baş nazir magistratura ilə bağlı qaydalara dəyişiklik etdi - QƏRAR

Oxundu: 115
Baş nazir magistratura ilə bağlı qaydalara dəyişiklik etdi - QƏRAR

Nazirlər Kabineti “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edib.

 

İslaminSesi Modern.az -a  istinadən xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən, magistraturaya müvafiq ixtisaslar üzrə qəbul olunacaq tələbələrin sayı mövcud maddi-texniki baza və elmi-pedaqoji potensial nəzərə alınmaqla, Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

 

Bu qərarla edilən dəyişikliyin tətbiqi ilə əlaqədar dövlət sifarişi və dövlət hesabına təhsil alan tələbələrin təhsil haqqı üçün tələb olunan xərclər Azərbaycan Respublikasının dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilir

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system